Bank Of Baku

Saatlı sakinlərindən investisiya layihələrinin qəbuluna başlanılır

Saatlı sakinlərindən investisiya layihələrinin qəbuluna başlanılır
# 24 dekabr 2014 07:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

 

APA-Economics”in İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 18-də Saatlı rayonunun Qıraqlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair keçirilən işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

 

- 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması;

- çörək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması;

- fermer mağazalarının yaradılması;

- intensiv bağçılıq təsərrüfatlarının yaradılması.

 

Qeyd edək ki, sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR