Sabunçuda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Sabunçuda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 04 oktyabr 2016 07:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabunçu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. "APA-Economics" xəbər verir ki, bu barədə fondun yaydığı elanda deyilir.


SKMF sentyabrın 29-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib. Sahibkarlardan ixtisaslaşdırılmış yaşıl marketin, istixana təsərrüfatlarının, həmçinin ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR