Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Yevlax sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Yevlax sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 20 may 2014 09:21 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbuluna başlayıb.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF tərəfindən Yevlax rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış “yaşıl market”in, müasir çörək istehsalı müəssisəsinin, iri taxılçılıq təsərrüfatının, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, intensiv bağçılıq təsərrüfatlarının, kiçik və ya orta həcmli istixana təsərrüfatlarının yaradılması ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

 

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR