Bank Of Baku

Salyanda iki qurum ləğv olunaraq səhmləri dövriyyədən çıxarılıb

Salyanda iki qurum ləğv olunaraq səhmləri dövriyyədən çıxarılıb
# 13 iyun 2018 07:33 (UTC +04:00)

“Salyan Avtovağzal” ASC və “Salyan Sərnişin” ASC təşkilatı-hüquqi formasını dəyişib.

 

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, hər iki qurum MMC-yə çevrilib.

 

İddiası olan kreditorlar, fiziki və hüquqi şəxslər cəmiyyətə müraciət edə bilərlər.

 

Ləğvlə əlaqədar “Salyan Avtovağzal” ASC-nin dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2 manat olan, ümumilikdə 63378 manat dəyərində 31689 ədəd adi, sənədsiz, adlı səhmi, “Salyan Sərnişin” ASC-nin isə dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 2 manat olan, ümumilikdə 319500 manat dəyərində 159750 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR