Bank Of Baku

Şəki sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır

Şəki sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır
# 15 dekabr 2015 07:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il dekabrın 10-da Şəki rayonunun Qoxmuq kəndində işgüzar forum keçirib.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

 

- iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin) yaradılması;

 

- pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması.

 

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR