Bank Of Baku

Şəkidə pendir sexinin fəaliyyəti dayandırılıb - VİDEO

Şəkidə pendir sexinin fəaliyyəti dayandırılıb - <span style="color: red;">VİDEO
# 11 iyun 2014 14:21 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə pendir istehsal edən sex gigiyenik qaydalara riayət etmədiyi və istehsal üçün uyğun olmayan antisanitar vəziyyət aşkarlandığı üçün fəaliyyəti dayandırılıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Şəki rayonu, Qoxmux kəndi ərazisində yerləşən, fiziki şəxs Vüsal Məmmədova məxsus pendir istehsal edən sexində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

 

Aparılan yoxlama zamanı pendir sexində gigiyenik qaydalara riayət olunmaması və istehsal üçün uyğun olmayan antisanitar vəziyyət aşkarlanıb. Yoxlama zamanı sexdə aşkar olunan bu və digər nöqsanlarla bağlı iradnamə V.Məmmədova təqdim olunub, sexin fəaliyyəti dayandırılıb.

 

Müfəttişlər tərəfindən yoxlamanın nəticələrinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR