Bank Of Baku

SKMF-in ötən il üzrə auditi keçirilib

SKMF-in ötən il üzrə auditi keçirilib
# 24 aprel 2017 11:07 (UTC +04:00)

"RSM Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2016-cı il üzrə maliyyə hesabatlarının auditi keçirilib.


İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, audit zamanı fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.


"RSM Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Fondun 2016-cı il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun aparıldığı müəyyən edilib.


Qeyd edək ki, artıq 9 ildir ki, beynəlxalq audit şirkətləri tərəfindən SKMF-in maliyyə hesabatlarının auditi aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR