Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) fəaliyyətə başladığı gündən indiyədək iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ayırdığı güzəştli kreditlərin həcmini açıqlayıb.
“APA-Economics”in məlumatına görə, bu günə qədər 26 218 sahibkara 1 mlrd. 548 mln. 439 min 535 manat güzəştli kredit verilib.
Əlavə edək ki, cari ilin əvvəlindən SKMF 1 229 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 37,2 mln. manat güzəştli kredit yönəldilib.
Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2 800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.