Bank Of Baku

SKMF bu ilin əvvəlindən sahibkarlara 122 mln. manat güzəştli kredit verib

SKMF bu ilin əvvəlindən sahibkarlara 122 mln. manat güzəştli kredit verib
# 25 iyun 2014 13:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir çörək zavodunun, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana, zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

 

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində ölkə üzrə 2 460 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 122 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 818 investisiya layihəsinin maliyyələşdirilməsinə 175,5 mln. manat güzəştli kredit verilib. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5 900-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

 

Mərdəkan qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 29 sahibkarlıq subyektinə 753,5 min manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik,  un məmulatları, boya, lak istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 60-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR