Bank Of Baku

SKMF Gədəbəy rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

SKMF Gədəbəy rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
# 23 iyun 2015 07:54 (UTC +04:00)

Bakı - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il iyunun 18-də Gədəbəy rayonunun Slavyanka kəndində işgüzar forum keçirib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

 

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;

 

- cins heyvandarlıq, intensiv kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının yaradılması;

 

- meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması;

 

- şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

 

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR