Bank Of Baku

SKMF Şamaxı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

SKMF Şamaxı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 13 dekabr 2016 08:26 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şamaxı rayonunun Mədrəsə qəsəbəsində işgüzar forum keçirib.

 

Fonddan "APA-Economics"ə verilın məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

 

- taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq və kartofçuluq təsərrüfatlarının yaradılması;

 

- pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması.

 

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR