Bank Of Baku

SKMF Şəmkir sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Şəmkir sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 14 noyabr 2014 13:43 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü il noyabrın 6-da Şəmkir rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəmkir rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının yaradılması; müasir istixanaların yaradılması; intensiv nar və xirnik bağlarının yaradılması; intensiv kartofçuluq təsərrüfatlarının yaradılması.

 

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR