Bank Of Baku

SKMF xətti ilə bu ilin əvvəlindən 193,4 mln. manat güzəştli kredit verilib

SKMF xətti ilə bu ilin əvvəlindən 193,4 mln. manat güzəştli kredit verilib
# 18 sentyabr 2014 13:17 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sentyabrın 18-də sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində keçirib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forumda 80-ə yaxın sahibkarın iştirak edib.

 

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 3903 sahibkara 193,4 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

 

Fond rəhbəri qeyd edib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8 756 investisiya layihəsinin maliyyələşdirilməsinə 379,2 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, ət, süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 31 000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

 

İşgüzar forum çərçivəsində Biləsuvar və ətraf rayonlardan olan 70 sahibkara 1,4 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, şirniyyat məhsullarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 170-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

 

İşgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıbdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR