Bank Of Baku

SKMF xətti ilə indiyədək məcburi köçkün sahibkarlara 34,5 mln. manat güzəştli kredit verilib

SKMF xətti ilə indiyədək məcburi köçkün sahibkarlara 34,5 mln. manat güzəştli kredit verilib
# 03 oktyabr 2014 12:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkün sahibkarlarla dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair işgüzar forum keçirilib.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 100-ə yaxın məcburi köçkün sahibkar iştirak edib.

 

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək 1 451 məcburi köçkün sahibkara 34,5 mln. manat güzəştli kredit verilib, bu kreditlərin reallaşdırılması nəticəsində 3 000-ə yaxın yeni iş yerinin yaradılması mümkün olub: “Təkcə, bu il ərzində 246 məcburi köçkün sahibkara 8,7 mln. manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilib ki, bu kreditlər hesabına 450-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,3 mln. manat güzəştli kredit verilib”.

 

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Füzuli və ətraf rayonlardan olan 43 sahibkara 721 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 70-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Horadiz qəsəbəsində keçirilmiş işgüzar forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR