Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yanında Apelyasiya Şurası yaradılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bildirib.
Şuraya A. Əşrəfov özü sədrlik edəcək. Ümumilikdə, Şuranın 6 üzvü var.