Bank Of Baku

Sumqayıtda keçirilən əmək yarmarkasında vətəndaşlara 400-dən çox boş iş yeri təklif olunub

Sumqayıtda keçirilən əmək yarmarkasında vətəndaşlara 400-dən çox boş iş yeri təklif olunub
# 27 noyabr 2015 11:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması üçün əmək yarmarkaları davam etdirilir.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, növbəti əmək yarmarkası Sumqayıtda təşkil olunub. Yarmarkada işsiz və işaxtaran vətəndaşlara 9-u dövlət, digərləri özəl sektora aid 35 müəssisə üzrə 420 boş (vakant) iş yeri təqdim edilib. Onların sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisələrdə kvota üzrə müəyyən olunmuş iş yerləri də olub. Boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib. Yarmarkada işsiz və işaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, ayrı-ayrı şəxslər idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub. Tədbirdə peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslər əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün qeydiyyata alınıblar.

 

Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti ümumilikdə 58 əmək yarmarkası təşkil edib. Bu aktiv məşğulluq tədbirlərində 4 908 nəfər işaxtaran və işsiz vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib. Onlardan 4 269 nəfəri, yəni 87%-ə yaxını həmin göndərişlər əsasında münasib iş yerləri ilə təmin olunublar. Yarmarkalarda 462 nəfər əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 229 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR