Bank Of Baku

Suraxanı rayonundakı iri marketlərdən birində süni qiymət artımının qarşısı alınıb

Suraxanı rayonundakı iri marketlərdən birində süni qiymət artımının qarşısı alınıb
# 06 mart 2015 14:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bazar küçəsi, mənzil 1 ünvanında Emil Məmmədova məxsus “Ballı” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

 

Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR