Bakı. Vüsal Nəbiyev – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tovuzda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Sahibkarların hüquqlarının qorunması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə sahibkarların hüquqlarının qorunması, bu sahədə beynəlxalq təcrübə, biznes mühiti, biznesin növləri, biznesin idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.
Tovuzda sahibkarlar üçün treninq keçirilib
02 iyun 2015 17:01 (UTC +04:00)
Sahibkarlıq
Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq
12:55
21 may 2024
Azərbaycanda zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
11:40
21 may 2024
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb
10:30
21 may 2024
Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib
15:26
20 may 2024