Türkiyə Almaniyanın “Daimler” və BASF konsernlərini terrorçuluğa dəstək verməkdə ittiham edib və adıçəkilən şirkətlərin adlarını müvafiq siyahıya daxil edib.
“APA-Economics” xəbər verir ki, rəsmi Ankara siyahını Almaniyanın müvafiq qurumlarına təqdim edib.
Türkiyə hökuməti tərəfindən tərtib olunan siyahıda ümumilikdə 68 şəxs və təşkilatın adı var. Rəsmi Ankara hesab edir ki, bu şəxslər və şirkətlər ABŞ-da yaşayan Fətullah Gülənə (Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunur) dəstək verirlər.