Bakı – APA. Türkiyənin ən nüfuzlu mebel brendi “Sandalyeci”nin Azərbaycanda rəsmi açılışı baş tutub.
Azərbaycanın tanınmış memar və dizaynerləri, ictimai simalarının qatıldığı açılış mərasimində qonaqlar «Sandalyeci” brendinə aid yüksək keyfiyyətli mebel nümunələri ilə tanış olublar.
“Sandalyeci” A.Ş-nin İdarə Heyətinin rəhbəri Kərim Başterzi Azərbaycanda açılan mağaza üçün Azərbaycan xalqına minnətdarlıq edib. “İdarə Heyətinin rəhbəri kimi hər şeydən əvvəl Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm. Bu gün belə bir mağazaya sahib olmuşuqsa, bu, Azərbaycan xalqının sayəsindədir. “Sandalyeci” Avropanın ən gözəl parçasına sahib olub. Bu firma qismət olarsa, yaxın zamanda Azərbaycanda da bir fabrik qurmaq niyyətindədir. 1000 növdə məhsullarımız var. “Sandalyeci” firması Azərbaycanda 10 ildir Türkiyə vasitəsilə xidmət göstərir”, - deyə K.Başterzi qeyd edib.
Türkiyənin ən böyük sənaye mebel istehsalçısı olan “Sandalyeci” xüsusilə turizm sektorunda hər cür tələbata cavab verən, keyfiyyətli, dizayn baxımından mükəmməl, istehsal prosesinin bütünlükdə avtomatlaşdırıldığı nəfis mebel nümunələri ilə məşhurdur. Fəaliyyət göstərdiyi illər ərzində dünyanın cəmi 6 ölkəsində şəxsi “show-room” təsis edib və Azərbaycan ilk dəfədir ki, rəsmi mağazasını yüksək zövq sahiblərinin ixtiyarına verir. Tam sağlam olmaqla, sürətli istehsal, vaxtında təhvil və xidmət keyfiyyəti ilə seçilən “Sandalyeci” məhsulları masa, stul, hər növ oturacaq, divan-kreslo dəstləri, ofis, restoran və mehmanxana mebeli ilə bu sektorun liderlərindən birinə çevrilib.
17 min kvadratmetrlik qapalı sahədə istehsal prosesini gerçəkləşdirən “Sandalyeci” A.Ş. istehsala göstərdiyi böyük diqqət və yüksək nəzarəti ilə öz məhsullarının uzun illər boyunca davamlılığına zəmanət verir. İndiyə qədər Türkiyə xaricində açılan bütün “show-room”lar “Sandalyeci” sahiblərinin özünə məxsus olduğu halda, Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərən “C-Group” şirkəti brendin rəsmi nümayəndələyinin açılmasına nail olub. “C-Group” şirkəti fəaliyyət göstərdiyi zaman ərzində Azərbaycanın ən uğurlu turizm şirkətlərindən birinə çevrilib. “Ramada Baku Hotel”, “Ramada Plaza Gence”, “Shah Palace Hotel”, “Sheki Palace Hotel”, “Manqal ve Khanedan restoranları”, “İstanbul Meyhaneci” və digər iaşə obyektlərinə sahib olan “C-Group” şirkəti fəaliyyətini Azərbaycanın turizm sektorunun inkişafına yönəldib və bu sahədə öz peşəkar sözünü deməyə müvəffəq olub. 2015-ci ildə ərsəyə gətirəcəyi iki böyük layihədən biri olan “Sandalyeci” mebel mağazası və iyun ayından etibarən istifadəyə veriləcək “Mambo Beach Club”dur. “C-Group” şirkətinin fəaliyyəti və layihələri haqqında geniş məlumatı www.c-group.az; www.mambobeach.az saytlarından əldə edə bilərsiniz.