Üç xarici şirkət Azərbaycandakı filialını bağlayıb.
"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, "Shering-Polugh Central East AG" Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center ünvanına ("Grata Azərbaycan" MMC-nin ofisi) bildirə bilərlər.
Bununla yanaşı, "Linos Gayrimenkul Yatırım İnşaat Turizm İthalat İhracat ve Ticaret Limited" ölkəmizdəki filialını ləğv edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsi, ev 7, mənzil 30 ünvanına bildirə bilərlər.
Bundan başqa, "Petrouell Kaspian LTD" şirkəti də Azərbaycandakı filialının ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Murtuza Muxtarov küçəsi 203A, mənzil 37 ünvanına bildirə bilərlər.