Bank Of Baku

Vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıqla bağlı 351 cinayət işi başlanıb

Vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıqla bağlı 351 cinayət işi başlanıb
# 11 iyul 2014 15:38 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin I yarımili ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 351 sayda cinayət işi başlanıb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, həmin cinayət işlərindən 75-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (bunlardan 52-si külli və xeyli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə, 273-ü vergi borcunun ödənilməməsi barədə və 1 iş aksiz markaları ilə markalanmamış malların satış məqsədilə saxlanması faktı barədə vergi orqanlarından daxil olmuş materiallar üzrə, 2-si isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə  başlanıb.

 

Hesabat dövründə Departamentin İstintaq idarəsində 184 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 7 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 2014-cü ilin I yarımili ərzində Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 5 mln. 470 min manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

 

İcraatına xitam verilmiş 139 cinayət işindən 95 iş üzrə bəzi müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (15 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.

 

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 9 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 269 şəxsin məcburi qaydada gətirilməsi, 81 şəxsin tapılaraq istintaqa gəlmələri, 112 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 219 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR