Bank Of Baku

Vergi orqanı borclu şəxsin qanuna uyğun olmayan şikayətinin icrasını tam və ya qismən dayandıracaq

Vergi orqanı borclu şəxsin qanuna uyğun olmayan şikayətinin icrasını tam və ya qismən dayandıracaq
# 17 noyabr 2016 12:27 (UTC +04:00)

Azərbaycanda vergi  ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan qanunvericiliyinə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıracaq.


"APA-Economics" xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinin 63.2-ci maddəsinin ikinci  hissəsinin birinci cümləsində "dayandıra bilər" sözləri "dayandırır" sözləri ilə əvəz edilib.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Qeyd edək ki, indiyədək qüvvədə olan maddəyə görə, şikayət edilən qərar (akt) və ya hərəkət qanunvericiliyə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR