Bank Of Baku

Vergilər Nazirliyi "Gilan Holding"in əməkdaşları üçün təlim keçirib

Vergilər Nazirliyi "Gilan Holding"in əməkdaşları üçün təlim keçirib
# 29 sentyabr 2017 08:15 (UTC +04:00)

"Gilan Holding" və Vergilər Nazirliyi tərəfindən "Gilan Holding"in əməkdaşları üçün "Vergi İslahatları: Təcrübə və qanunvericilik" adlı təlim təşkil edilib.

 

"APA-Economics" xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd "Gilan Holding"də və qrupa daxil olan şirkətlərdə fəaliyyət göstərən mühasiblər və maliyyə işçiləri, həmçinin auditor və məsləhətçilər üçün vergi qanunvericiliyində qəbul olunmuş və gözlənilən dəyişikliklər haqqında daha ətraflı məlumat vermək və aydın olmayan məqamlar haqqında danışmaq idi. İşçilər tərəfindən verilmiş sualları Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov cavablandırıb.

 

"Gilan Holding"in Baş administrasiya direktoru Fuad Kərimov bildirib ki, təlim zamanı olduqca aktual mövzular müzakirə olunub: "Təlimlərdə əsasən vergilərlə bağlı məsələlər müzakirə edilib. Əlavə dəyər vergisi, idxal, ixrac və satışla bağlı məsələlər və digər mövzular haqqında söhbət açdıq".

 

O, bildirib ki, təlimin əsas auditoriyasını holdinqin mühasibləri təşkil ediblər.

 

F.Kərimov vurğulayıb ki, bu cür təlimlərin təşkil edilməsi "Gilan Holding"in əməkdaşlarına vergi orqanları ilə birbaşa dialoq qurmaq və vergilərlə bağlı suallara cavab almaq imkanını yaradır: "Belə seminar və görüşləri davam etdirmək istərdik. Düşünürəm ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində növbəti belə bir təlim və ya seminar təşkil edəcəyik. Növbəti tədbir yeni yaranacaq suallara da cavablar əldə etməyə kömək edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR