Bank Of Baku

Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərin növbəti siyahısını açıqlayıb

Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərin növbəti siyahısını açıqlayıb
# 01 oktyabr 2014 15:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərin növbəti siyahısını açıqlayıb.

 

APA-Economics”in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, budəfəki siyahıya Bakının Nərimanov, Səbail, Xəzər, Nəsimi, Qaradağ, Xətai, Sabunçu, Yasamal, Nizami və Suraxanı rayonlarının, həmçinin Sumqayıt şəhəri, Salyan, Yevlax Xaçmaz, Şamaxı, Lənkəran, Tovuz və Daşkəsən rayonlarından olan 20 fiziki və hüquqi şəxs daxil edilib.

 

Bunların arasında hüquqi şəxslər – “A-Təbriz” İstehsalat-Kommersiya Firması, “Savalan-1” firması, “Ocaq” müəssisəsi, “Trustaz” MMC, “Zəhmət” firması, “Enso” MMC, “Daşqım-R.D” MMC, “Argus” MMC, “Trans-T,S” MMC, “CTP” firması, “Müfviq” MMC, “Lənkaran Tdarük-Ticarət və Təmir-Tikinti” MMC, “Bakı Restoranı” Firması, “May Vey Travel” MMC, “Best Az” MMC və “Rizvan Mərmər Karxanası” MMC-nin adları var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR