"Merton İnvestment Holding LTD" şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edir. "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilən elanda deyilir.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkət Böyük Britaniyada qeydiyyatdan keçib.