Bank Of Baku

Yanvarda qeyri-neft sektoru üzrə ixrac 33% artıb

Yanvarda qeyri-neft sektoru üzrə ixrac 33% artıb
# 05 mart 2018 10:05 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin fevral ayı üçün sayı təqdim olunub.

 

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, bu ilin ilk ayında qeyri-neft sektoru üzrə ixrac 123 mln. ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36,8 mln. ABŞ dolları). Yanvar ayı ərzində Türkiyəyə 23 mln., İsveçrəyə 17,9 mln., Gürcüstana 11,3 mln. və Çinə 4,4 mln. ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

 

2018-ci ilin yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb (17 mln. ABŞ dolları). Bu siyahıda ikinci yeri xurma (13 mln. ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9.7 mln. ABŞ dolları) tutub.

 

Ümumiyyətlə isə yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 mln., plastmas və onlardan hazırlanan məmulatların ixracı 10 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 9 mln., qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 mln., kimya sənayesi məhsullarının ixracı 3,6 mln. mln. ABŞ dolları olub.

 

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında elektrik enerjisinin ixracı 86%,  meyvə-tərəvəzin ixracı 45%, kimya sənayesi məhsullarının ixracı 36%, pambıq ixracı 20% artıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR