Bank Of Baku

Zərərə düşən podratçılar satınalma metodunun seçilməsi ilə bağlı şikayət edə biləcək

Zərərə düşən podratçılar satınalma metodunun seçilməsi ilə bağlı şikayət edə biləcək
# 07 aprel 2017 12:36 (UTC +04:00)

Bu gün Milli Məclisin plenar iclasında “Dövlət satınalmaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. “APA-Economics” xəbər verir ki, qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Onun sözlərinə görə, hazırda qüvvədə olan qanunun 55.2.1-ci maddəsinin ləğv edilməsi təklif olunur. Qeyd edək ki, bu maddəyə əsasən satınalan şirkətin bu qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satınalma metodunun seçilməsi ilə bağlı şikayət vermək hüququ yoxdur.


Bu dəyişiklik isə satınalan şirkətin bu qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənə (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satınalma metodunun seçilməsi ilə bağlı şikayət vermək hüququ verir.


Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR