Paşha Bank
Bank Of Baku

Aydan Ramazanova: Heydər Əliyev Fondunun fəaliyyətində inklüziv təhsil xüsusi yer tutur

Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova

© APA | Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova

# 28 oktyabr 2026 12:33 (UTC +04:00)

Qızların təhsilə çıxışının təmin edilməsi ilə yanaşı, onların əldə etdikləri bilikləri əmək bazarında və sahibkarlıq fəaliyyətində tətbiq edə bilmələri də vacibdir.

APA xəbər verir ki, bunu Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

“Qızların məktəbdə qalmasını təmin etmək yalnız onların sinif otağına çıxışını təmin etmək demək deyil. Məktəblərin əlverişli mühit yaratması, ailələrin qızların təhsilinin əhəmiyyətini anlaması və qızların öz bilikləri ilə müstəqil gələcəkləri arasında əlaqəni görməsi də vacibdir”, — Ramazanova vurğulayıb.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu beynəlxalq təşəbbüsləri çərçivəsində müxtəlif ölkələrdə məktəblərə və təhsil infrastrukturuna dəstək göstərir. Fondun fəaliyyətində inklüziv təhsil xüsusi yer tutur. Bu istiqamətdə fiziki məhdudiyyətli şəxslərin təhsilə çıxışının genişləndirilməsi, müəllimlərin müxtəlif təhsil ehtiyacları olan şagirdlərlə işləmək bacarıqlarının artırılması üçün layihələr həyata keçirilir.

Aydan Ramazanova Burkina-Fasoda təhsil və sosial dəstək layihələrini, Nigerdə isə münaqişədən zərər çəkmiş qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsinə yönələn təşəbbüsləri nümunə göstərib.

Aydan Ramazanova vurğulayıb ki, təhsil, peşə bacarıqları və real imkanlar bir-biri ilə əlaqələndirilməlidir. Onun sözlərinə görə, qadınların inkişafı üçün təkcə təhsil almaq imkanının yaradılması kifayət deyil, onların bilik və bacarıqlarını həyata keçirə biləcəyi dəstəkləyici mühit də formalaşdırılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR