Bir qədər əvvəl PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının nəticələri açıqlanıb.
APA xəbər verir ki, bunu PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, açıqlanan nəticələrin Azərbaycanın təhsil sistemi üçün təsirləri və əhəmiyyəti zamanla daha aydın görünəcək.
“Biz PISA nəticələrinin təsirini 10-15 il sonra daha aydın şəkildə hiss edəcəyik”, – Emin Əmrullayev qeyd edib.