Bank Of Baku

Xankəndidə Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu başlayıb- YENİLƏNİB

Xankəndidə Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu başlayıb- YENİLƏNİB
# 16 oktyabr 2026 17:45 (UTC +04:00)

Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki ölkədən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsinin iştirak etdiyi forum ali təhsil tərəfdaşlığının inkişafına həsr olunub. Forum ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil edilib.

Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov forum iştirakçılarını salamlayıb, onları Qarabağ Universitetində görməkdən məmnunluğunu ifadə edib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf dinamikasından danışıb. Nazir universitetlər arasında akademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Daşkənd Dövlət İqtisad Universitetinin rektoru Konqratbəy Şaripov forumun yeni tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, belə platformaların birgə elmi tədqiqatların və təhsil layihələrinin inkişafı üçün mühüm imkanlar yaratdığını bildirib.

Forum çərçivəsində iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri keçirilib. Müzakirələrdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktiki tətbiqi, innovasiya potensialının artırılması və Azərbaycan–Özbəkistan ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə universitetlərarası əməkdaşlığın genişləndirilməsini, birgə elmi və akademik təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutan 60-a yaxın anlaşma memorandumu imzalanıb.

Forumun proqramına iştirakçıların Xankəndi və Şuşa şəhərlərinə tanışlıq turları, həmçinin Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbə səfəri də daxil edilib.

Forum öz işini oktyabrın 17-də davam etdirəcək.

***

11.03

Xankəndi şəhərində, Qarabağ Universitetində Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilir.

APA xəbər verir ki, iki ölkədən ümumilikdə 60-a yaxın ali təhsil müəssisəsinin iştirak etdiyi forum ali təhsil tərəfdaşlığının inkişafına həsr olunub.

Forum ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil edilib.

Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov forum iştirakçılarını Xankəndidə və Qarabağ Universitetində qəbul etməkdən məmnunluğunu ifadə edib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf dinamikasından danışıb. Nazir universitetlər arasında akademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Daşkənd Dövlət İqtisad Universitetinin rektoru Konqratbəy Şaripov forumun yeni tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, belə platformaların birgə elmi tədqiqatların və təhsil layihələrinin inkişafı üçün mühüm imkanlar yaratdığını bildirib.

Forum çərçivəsində iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri keçiriləcək.

Müzakirələrdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktiki tətbiqi, innovasiya potensialının artırılması və Azərbaycan–Özbəkistan ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Forumun proqramına iştirakçıların Xankəndi və Şuşa şəhərlərinə tanışlıq turları, həmçinin Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbə səfəri də daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR