Bank Of Baku

MDB PA müşahidəçisi: Seçki prosesi mükəmməl təşkil edilib

Firudin Rəcəbov

© APA | Firudin Rəcəbov

# 01 sentyabr 2024 12:16 (UTC +04:00)

Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri Xaçmaz rayonunda da seçki prosesini izləyirlər.

Müşahidəçilərdən biri, Dağıstan Xalq Məclisinin deputatı Firudin Rəcəbov APA-ya açıqlamasında 57 saylı Xaçmaz şəhər və 58 saylı Xaçmaz kənd seçki dairələrinə daxil olan məntəqələrdə seçki prosesini müşahidə etdiklərini deyib.

O, hər yerdə seçki prosesinin mükəmməl təşkil edildiyini deyib: “Hər şey qaydasındadır. Çox normal seçki keçir. Yerli müşahidəçilər də hər hansı qayda pozuntusu olmadığını bildirirlər. Hər kəs istədiyi namizədə səs verir".

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR