Bank Of Baku

Bakı-Ərzurum kəmərinə qazın vurulması bərpa edilib

Bakı-Ərzurum kəmərinə qazın vurulması bərpa edilib
# 14 avqust 2008 10:38 (UTC +04:00)
Xatırladaq ki, Gürcüstandakı hadisələrlə bağlı iki gün öncə təhlükəsizliyin təmin olunması məqsədi ilə qazın kəmərə vurulması müvəqqəti dayandırılmışdır.
Qeyd edək ki, Bakı-Ərzurum kəmərinə qaz Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağından vurulur.
Ötən il ərzində «Şahdəniz» strukturunda 3,16 mlrd. kubmetr təbii qaz hasil olunub. Hasil olunmuş qazın 1,594 mlrd. kubmetri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) təhvil verilib.
Hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır. Layihənin iştirakçıları isə BP (operator - 25,5%), «Statoil» (25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR