Bank Of Baku

Tatarıstan Azərbaycana yük və sərnişin gəmiləri ixrac etməyə hazırdır

Tatarıstan Azərbaycana yük və sərnişin gəmiləri ixrac etməyə hazırdır
# 14 avqust 2008 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Tatarıstan Respublikası (Rusiya) birgə əməkdaşlığa dair razılığa gəlib. «APA-Economics»in məlumatına görə, bunu Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripov bildirib.
N.Zaripovun sözlərinə görə, əməkdaşlıq çərçivəsində Tatarıstandan Azərbaycana tanker, yük və 60-100 nəfərlik sərnişin («Neft Daşları» üçün) gəmiləri ixrac olunacaq: «ARDNŞ-in donanması köhnəlib, Tatarıstanda isə iri gəmiqayırma zavodu mövcuddur. Biz Azərbaycana bu sahədə köməklik göstərməyə hazırıq».
N.Zaripov həmçinin qeyd edib ki, hazırda tərəflər arasında əlavə görüşlər keçirilir və danışıqlar aparılır.
N.Zaripov onu da qeyd edib ki, əgər Azərbaycanın hərbi, xilasedici, sərnişin və digər gəmi və katerlərə ehtiyacı olarsa, Tatarıstan bu məhsulların da ixracının təşkilinə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR