Bank Of Baku

Rusiya və Azərbaycan təbii qaz üzrə svop əqdlərinin aparılmasına dair danışıqları davam etdirir

Rusiya və Azərbaycan təbii qaz üzrə svop əqdlərinin aparılmasına dair danışıqları davam etdirir
# 14 avqust 2008 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Qazprom» şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və «Azərqaz» QSC ilə Azərbaycanın «Şahdəniz» yatağından hasil olunan təbii qazın alınmasına dair danışıqları davam etdirir. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
«İki ölkə arasında qazın alqı-satqısı sahəsində svop əqdlərinin (qarşılıqlı) bağlanması da istisna olunmur. Lakin bununla yanaşı Rusiya birbaşa da Azərbaycandan qaz ala bilər», - deyə Y.Şedrin bildirib.
Xatırladaq ki, ötən ilin əvvəlindən Azərbaycan Rusiyadan təbii qazın idxalını dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR