Bank Of Baku

Rusiya Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftin nəqlini iki dəfə artırmağa hazırdır

Rusiya Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftin nəqlini iki dəfə artırmağa hazırdır
# 14 avqust 2008 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Transneft» şirkəti Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftin nəqlini iki dəfə artırmağa hazırdır. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Y.Şedrinin sözlərinə görə, bu artım neftin aylıq nəqlini 240-250 min tona çatdıracaq: «Hazırda «Transneft»lə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında bu məsələyə dair danışıqlar aparılır».
Qeyd edək ki, hazırda Bakı-Novorossiysk neft boru kəməri ilə orta hesabla ayda 120 min ton neft nəql olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR