Türkmənistan qazı Avropa yolunda
Təxminən iki il öncə Türkmənistanın «ömürlük» prezidenti Saparmurad Niyazovun vəfatı bu ölkənin tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. İllərdən bəri neytral siyasət pərdəsi altında qapalı rejim quran Türkmənbaşının vəfat etməsi respublikanı yenidən dünyaya açıb. Yeni prezident Qurbanqulu Berdıməhəmmədovun uzun müddət yasaq olan bir sıra fəaliyyətlərə icazə verməsi Qərbin diqqətini cəlb edib. Türkmənbaşı tərəfindən ləğv edilən tam orta təhsil sisteminin, türkmən opera və estradasının bərpa edilməsi, İnternetdən istifadəyə icazə verilməsi dünya miqyasında böyük rezonans doğurub. Lakin yeni dövlət başçısından gözləntilər bunlarla kifayətlənmir.
Nəhəng qaz ehtiyatlarına malik Türkmənistan müstəqilliyini bəyan etdikdən sonra Qərb üçün böyük maraq kəsb edən bir dövlətə çevrilib. Lakin ölkədə insan hüquqları ilə bağlı mövcud olan gərgin vəziyyət Qərbin, xüsusən də ABŞ-ın onunla yaxın münasibətlər qurmasına maneçilik törədirdi. Bu dövrdə ABŞ-ın siyasəti Türkmənbaşı zamanının keçməsini gözləmək, yalnız bundan sonra bu ölkə ilə enerji sahəsində əməkdaşlıq barədə hər hansı planlar barədə düşünməkdən ibarət olub. Həmin müddətdə Saparmurad Niyazov Rusiyanın asılılığından qurtulmaq istəyi nümayiş etdirsə də, onun tərəfdaşlıq qurmaq üçün digər alternativi olmayıb. Belə ki, Qərb onunla işləmək istəyi nümayiş etdirməyib. Bu siyasət Türkmənistanda demokratik dəyərlərin qələbəsinə heç bir yardım göstərməməklə yanaşı, bu dəyərlərə soyuq yanaşan Rusiyanın ölkədə və bölgədə aktivliyinin artması ilə nəticələnib.
Türkmənistanda hasil edilən qazın böyük hissəsi Sovet İttifaqı zamanında inşa edilmiş Orta Asiya-Mərkəz qaz boru kəməri ilə Rusiyaya çatdırılır, oradan isə əsas alıcı «Qazprom» şirkəti tərəfindən Avropaya ixrac edilir. Çin istiqamətində inşa edilən və ildə 30 mlrd. kubmetr türkmən qazını bu ölkəyə nəql edəcək boru kəmərinin gələn il işə düşməsi gözlənilir. Türkmən qazının az hissəsi də 90-cı illərin sonlarında İran ərazisinə çəkilmiş qaz kəməri ilə ixrac edilir. Bu sahədə əldə etdiyi inhisarçı mövqeyini itirmək istəməyən Rusiya ötən ilin dekabr ayında Mərkəzi Asiya dövlətləri – Qazaxıstan və Türkmənistanla regionda hasil edilən qazın ixracının artırılması məqsədilə yeni Xəzəryanı qaz boru kəmərinin inşa edilməsi barədə razılığa gəlib. Kəmərlə Türkmənistan və Qazaxıstanın hər birindən ildə 10 mlrd. kubmetr qazın nəql edilməsi nəzərdə tutulub.
Hələ ötən əsrin 90-cı illərində ABŞ-ın dəstəyi ilə Türkmənistanda hasil edilən təbii qazın Türkiyəyə ixrac edilməsi məqsədilə Transxəzər qaz boru kəməri layihəsi gündəmə gətirilib. Həmin layihəyə əsasən, türkmən qazı Xəzərin dibi ilə inşa ediləcək boru kəməri ilə Azərbaycana, buradan isə Türkiyəyə ixrac edilməli idi. Lakin Xəzərdə ən iri neft yataqlarından olan «Kəpəz» (Türkmənistan variantında «Sərdar» adlandırılır. Yatağın ehtiyatları 100-150 mln. ton neft həcmində dəyərləndirilir) yatağı üstündə Azərbaycanla Türkmənistan arasında yaranan mübahisə iki ölkənin birlikdə iştirak etdiyi layihələrin reallaşmasını qeyri-müəyyən müddətədək təxirə salıb. Ölkələr arasında gərginlik yaradan digər amil 90-cı illərin əvvəllərində Azərbaycanın Türkmənistana yaranan borcu məsələsi olub. Həmin dövrdə ərazisində hələ böyük qaz ehtiyatları aşkar edilməyən, istifadə etdiyi qazı Türkmənistandan idxal edən Azərbaycan aldığı qazın dəyərini müxtəlif mallarla ödəyib. Türkmənistan tərəfi iddia edib ki, yaranan borcun, üstünə gələn faizlərlə birlikdə, dəyəri 59,6 mln. ABŞ dolları təşkil edir. Azərbaycan tərəfi isə bu məbləğin 18,7 mln. dollar həcmində olduğunu, alınan qazın əvəzinə Türkmənistana göndərilən malların yolda itdiyi üçün buna görə heç bir məsuliyyət daşımadığını bildirib.
Regionda onsuz da hamar olmayan münasibətlərə öz mənfi təsirini göstərən daha bir mübahisəli mövzu Xəzərin hüquqi statusu olub ki, bu məsələdə də Türkmənistan tərəfinin mövqeyi kifayət qədər bir-birinə yaxın mövqe nümayiş etdirən Rusiya, Azərbaycan və Qazaxıstanın məsələyə münasibətindən fərqlənərək, daha çox İranın mövqeyinə yaxın olub və dənizin statusu ilə bağlı 5 dövlət arasında vahid razılaşma əldə etməyə maneçilik törədib.
Bu ilin aprelində Londonda keçirilən «Türkmənistanın neft və qazı – 2008» konfransında çıxış edən Türkmənistan nümayəndələri bildiriblər ki, ölkənin karbohidrogen ehtiyatlarının həcmi 20,8 mlrd. ton neft və 24,6 trln. kubmetr qaz həcmində dəyərləndirilir. İyunda Parisdə keçirilən MDB ölkələrinin neft və qaz sammitində çıxış edən Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Bayramgəldi Nedirov isə qeyd edib ki, 2007-ci ildə ölkədə 72 mlrd. kubmetr təbii qaz hasil olunub və bunun 50 mlrd. kubmetri ixrac edilib. Bu il qaz ixracının həcmini 58 mlrd., 2015-ci ildə 120 mlrd., 2020-ci ildə 140 mlrd., 2030-cu ildə isə 200 mlrd. kubmetrə çatdırmaq planlaşdırılıb.
Belə böyük həcmdə qazın bir marşrutla ixracının qeyri-mümkün olmasına baxmayaraq, Rusiya öz mövqeyini əldən buraxmaq niyyətində deyil. Lakin ölkəsinin nəhəng qaz ehtiyatlarına, eləcə də Qərbin bu ehtiyatlara göstərdiyi marağa arxalanan Türkmənistan rəhbərliyi hasil etdiyi karbohidrogenlərin ixrac istiqamətlərini diversifikasiya etmək istəyini açıq-aydın nümayiş etdirir. Türkmənistan tərəfinin tələbinin nəticəsi olaraq, ötən ilin noyabrında «Qazprom» şirkəti bu ölkədən aldığı qazın qiymətini 1 min kubmetr üçün 130 dollardan 150 dollaradək artırmağa, 2009-cu ildən isə «bazar qiymətlərini» ödəməyə razılıq verib. «Qazprom»un Türkmənistanın tələblərinə asanlıqla razılaşması Qərbin bu istiqamətdə göstərdiyi aktivliyin nəticəsidir. Belə ki, ABŞ və Avropa Birliyi (AB) Türkmənistanın öz qazını bazar qiymətləri ilə satması istəyini tam şəkildə dəstəkləyir. «Türkmənistanın nefti və qazı – 2007» beynəlxalq konfransında çıxış edən ABŞ-ın enerji naziri Semüel Bodman bildirib ki, Avropa üçün enerji resursları mənbələrini şaxələndirmək zamanı çatıb. O, bununla Qərb şirkətlərinin Türkmənistan yataqlarının işlənməsində iştirakını nəzərdə tutduğunu vurğulayıb. Tədbirdə iştirak edən Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Andris Piebalqs isə qeyd edib ki, AB bu məsələdə Türkmənistan üçün Rusiyanın real alternativi ola bilər: «AB rəqabətədavamlı qaz qiymətləri təklif edə bilər. Böyük təcrübəyə və qabaqcıl texnologiyaya malik olan Avropa şirkətləri isə Türkmənistana investisiya yatırmağa hazırdır». Artıq bu ilin mayında Aşqabadda Türkmənistanla Avropa Birliyi arasında qarşılıqlı anlaşma və enerji sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanma mərasimində çıxış edən prezident Q.Berdıməhəmmədov vurğulayıb ki, AB ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı Türkmənistanın xarici siyasət doktrinasının prioritetlərindən biridir.
Türkmənistan qazını daha yüksək qiymətə almağa razılaşan Rusiya tərəfi deyəsən bu məsələdən özünü bir o qədər də xoşbəxt hiss etmir. Belə ki, güzəştə gedən «Qazprom» rəhbərliyi Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri tərəfindən satılan təbii qazın qiymətinin artmasında ABŞ, Avropa Birliyi və Çini günahlandırır. «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Millerin fikrincə, ABŞ, AB və Çinin rəsmi şəxsləri və şirkətləri Mərkəzi Asiya resurslarına çıxmaq yolunda böyük diplomatik səylər göstəriblər ki, bu da Xəzər regionunda rəqabətin artmasına və qiymətin yüksəlməsinə səbəb olub.
Türkmənistan prezidenti Q.Berdıməhəmmədov isə ölkəsinin bütün layihələndirilən qaz kəmərlərini qazla təmin etmək iqtidarında olmasını deməklə bütün potensial alıcıları sakitləşdirmək istəyir. Türkmənistanın dövlət başçısı bildirib ki, ölkənin nəhəng xammal bazası hasilatı artırmağa və yeni yataqları işə salmağa imkan verir: «Bütün görüləcək işlərin başa çatmasından sonra həm Rusiya, həm də Avropa istiqamətində nəql edilən qazın həcmləri əhəmiyyətli dərəcədə artacaq ki, bu da türkmən qazını istehlak edən dövlətlərin enerji təhlükəsizliyinin möhkəmlənməsinə imkan verəcək».
Lakin hər şey Türkmənistanın dövlət başçısının dediyi kimi asan deyil. Artıq xeyli müddətdir ki, Rusiyanın «Qazprom» şirkəti Türkmənistanla 2009-cu ildən alınacaq qazın qiyməti ilə bağlı razılığa gələ bilmir. Bu yay ərzində bir neçə dəfə Aşqabada səfər edən «Qazprom» nümayəndələrinin Türkmənistan rəhbərliyi ilə danışıqları nəticəsiz başa çatıb. Rusiya prezidenti Dmitri Medvedevin iyulun əvvəlində Aşqabada səfəri zamanı da Türkmənistan dövlət başçısı yalnız ölkəsinin razılaşdırılmış qaz həcmlərini 2025-ci ilədək Rusiya ərazisindən nəqli barədə əvvəlki illərdə əldə edilmiş razılaşmalara sadiq olduğunu təsdiq edib. Əlbəttə, Rusiya prezidentinin gözlədiyi heç də bu deyildi. Səfər zamanı nə Xəzəryanı qaz kəmərinin işə salınma tarixi və ötürmə qabiliyyəti, nə də türkmən qazının Avropa qiymətləri ilə alınması məsələsi ətrafında irəliləyişə nail olunmayıb. Maraqlıdır ki, bu uğursuzluq RF prezidentinin yardımçısı Sergey Prixodkonun Türkmənistanın qoşulması gözlənilən qərbyönümlü «Nabucco» layihəsini «yalnız avropalı bürokratların xülyasında mövcud olan layihə» kimi qiymətləndirməsinə mane olmayıb.
Türkmənistanın xarici siyasətində baş verən dəyişikliklərin ən bariz təzahürü bu ölkənin Azərbaycanla olan münasibətlərində müşahidə edilən istiləşmədir. Q.Berdıməhəmmədovun hakimiyyətə gəlişi ilə start alan bu proseslər bu ilin mayında Türkmənistan dövlət başçısının Azərbaycana səfəri ilə nəticələnib. Bakıda keçirilən görüşlərdə ikitərəfli münasibətlərdə illərdən bəri yığılıb qalmış problemlərin çözmək istəyi hiss olunub. Hələ səfərdən bir qədər əvvəl Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, prezidentlər diqqəti enerji əməkdaşlığı məsələsinə yönəldəcəklər: «Gündəlikdə Azərbaycan və Türkmənistanın dəniz yataqları infrastrukturlarının birləşdirilməsi məsələsi durur. Söhbət neft və qaz kəmərlərinin birləşdirilməsi, enerji resurslarının nəqli məsələsində qarşılıqlı yardımdan gedir».
Ölkələrarası münasibətlərin yaxşılaşması bir müddət arxa plana keçmiş Transxəzər qaz boru kəməri layihəsini yenidən gündəmə gətirib. Transxəzər boru kəmərinin inşa edilməsi ilə türkmən qazının Azərbaycan ərazisi ilə Türkiyəyə, oradan isə Qərbin dəstəklədiyi «Nabucco» kəməri ilə nəql edilməsi mümkün olur. Tərəflər səfər öncəsi münasibətlərin yaxınlaşmasına yönəlmiş qarşılıqlı addımlar atıb. Azərbaycan tərəfi Türkmənistanla borc məsələsində razılığa gəlib, Türkmənistan isə bir müddət öncə Bakıda fəaliyyəti dayandırılan səfirliyin işini bərpa edib. Bu addımların nəticəsi isə özünü çox gözlətməyib. Q.Berdıməhəmmədovun Bakıya səfəri çərçivəsində bir sıra sahələrdə ikitərəfli münasibətlərin inkişafını əks etdirən sənədlər imzalanıb, Xəzərin statusu, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bundan başqa, səfər zamanı bu ilin payızında Azərbaycan paytaxtında birgə neft-qaz sərgisinin keçirilməsi qərara alınıb ki, bu razılıq da enerji sahəsində əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirilir.
Azərbaycanla Türkmənistan arasında münasibətlərin yaxşılaşması bir sıra problemlərin həllinə yol açır. Ölkələr mübahisəli «Kəpəz» yatağının işlənməsini birgə həyata keçirə bilər ki, bu variant hər iki tərəf üçün çox faydalı ola bilər. Azərbaycanın dənizdəki infrastrukturu qısa zaman ərzində yatağı istismara verməyə imkan verir. Onu da vurğulamaq yerinə düşər ki, «Kəpəz» yatağı Azərbaycanın hazırda fəal surətdə istismar etdiyi «Azəri» yatağından 40 km aralıda yerləşir və bu amil yataqdan hasil ediləcək nefti daha az xərclərlə sahilə nəql etməyə imkan verir.
Azərbaycanla Türkmənistan arasında müşahidə olunan yaxınlaşmaya müsbət münasibət bildirən ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza qeyd edib ki, bu, Transxəzər layihəsinin həyata keçirilməsi baxımından da çox vacibdir. Onun fikrincə, iki ölkə arasında əlaqələr addım-addım genişlənəcək. M.Brayza ABŞ-ın bu münasibətlərə qarışmaq istəmədiyini bildirsə də, Qərb bu gün buna çox böyük ümidlər bəsləyir. Son dövrlər ən çox müzakirə edilən mövzu olan enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Azərbaycanla Türkmənistanın rolunu dəyərləndirməmək mümkün deyil.
Asif Əziz,
xüsusi olaraq «APA-Economics» üçün.