Bank Of Baku

Azərbaycan yanvar-iyul aylarında sənaye istehsalını 14% artırıb

Azərbaycan yanvar-iyul aylarında sənaye istehsalını 14% artırıb
# 15 avqust 2008 10:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehsal olunan sənaye məhsulunun və xidmətlərinin həcmi 14,1% artaraq 18,6 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənayenin artımı neftin hasilatında 14,8%, qazın hasilatında 68,6%, qida məhsullarının istehsalında 1,1%, kimya sənayesində 57,8%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında 38%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında 72,9%, oduncaqların emalı və ağacdan məmulatların istehsalında 1,4%, elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalında 18,7% və digər sahələrdə müşahidə olunub.
Cari ilin ilk yeddi ayı ərzində ölkədə 28,8 mln. ton neft, 9,1 mlrd. kubmetr əmtəəlik qaz hasil edilib. Ötən ilin yanvar-iyul aylarına nisbətən neft sektorunda istehsalın həcmi 15,1%, qeyri-neft sektorunda isə 8,3% çox olub. İstehsalın 95%-i malların, 5%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb. Sənaye məhsulunun 17,9%-i dövlət müəssisələrində, 82,1%-i isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 4,6% və 16,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR