Bakıda Azərbaycan-Türkmənistan neft-qaz konfransı başlayıb
Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib ki, konfransın məqsədi iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir. Y.Eyyubov deyib ki, son bir ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 53 mln. ABŞ dolları təşkil edib: «Bu səviyyə hazırda bizi qane etmir. Çünki ölkələrin coğrafi yaxınlığından istifadə edib, əlaqələri daha da dərinləşdirmək imkanlarımız mövcuddur».
Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına məktubunu oxuyub. Ə.Əsədov qeyd edib ki, Türkmənistan prezidentinin Azərbaycana səfərindən sonra ölkələr arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub və bu münasibətlər inkişaf edir.
«Türkmənqaz»ın prezidenti B.Xocaməhəmmədov isə vurğulayıb ki, bir sıra, xüsusən də strateji sahələrdə, məsələn, neft və qaz sektorunda ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var: «Biz Azərbaycanla uzunmüddətli əməkdaşlıq qurmaq istəyirik. İlk növbədə öz ölkəmizin də sərmayə mühitini yaxşılaşdırırıq. Belə ki, artıq Türkmənistanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində yeni qanunvericilik bazası hazırlanıb, mövcud qanunvericilik isə təkmilləşdirilib».
B.Xocaməhhəmədov əlavə edib ki, bu gün Türkmənistanda 850-dən çox neft-qaz yatağı müəyyənləşdirilib və bu yataqlardan əldə edilən gəlir 45 mlrd. dollardan çoxdur. Onun sözlərinə görə, Türkmənistanın 1000-dən çox perspektivli karbohidrogen strukturları mövcuddur.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev isə qeyd edib ki, konfransda əsasən enerji təhlükəsizliyinin müzakirəsi nəzərdə tutulub. N.Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Türkmənistanın enerji resurslarının Avropaya nəqli sahəsində hansı rolu oynana biləcəyi imkanlarını bir daha göstərəcək: «Biz Xəzərdə hansı işləri görə biləcəyimizi, boru kəmərlərinin inşası ilə bağlı məsələləri də müzakirə edəcəyik. Bizim enerji dəhlizlərimiz mövcuddur və digər dəhlizlərdən daha etibarlıdır. Azərbaycan öz potensialını bu konfrans vasitəsi ilə Avropaya göstərəcək».
N.Əliyev deyib ki, tədbir çərçivəsində iki ölkənin şirkət və dövlət qurumları arasında müəyyən əməkdaşlıq sənədlərinin imzalanması gözlənilir.
Xəbər Lenti
Hindistan uzaqmənzilli LRLACM qanadlı raketini sınaqdan keçirib
Yəmən sahillərində tanker qumbaraatanla atəşə tutulub
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib
KİV: Avropa və Yaxın Şərqdə "Patriot" çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır
DÇ-2026: Səudiyyə Ərəbistanı Uruqvayla heç-heçə edib
Aİ Ukrayna üçün əlavə 45 milyard avro cəlb etməyi planlaşdırır
Rusiyada Tu-22M3 bombardmançısı qəzaya uğrayıb
Kubada 5,3 bal gücündə zəlzələ baş verib
Netanyahu: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik
Şirvanda 32 yaşlı kişi bıçaqlanıb
Aİ Moldova ilə üzvlük danışıqlarına rəsmən başlayıb
DÇ-2026: Belçika Misirlə heç-heçə edib
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
Tramp: Hörmüz boğazında gəmiçilik ödənişsiz olacaq
Azərbaycanda Məhərrəm ayı başlayıb
Göyçayda güclü külək fəsadlara yol açıb
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
Ermənistan iyunun 17-də öz ərazisində ABŞ ilə birgə hərbi təlimlərə başlayacaq
Reuters: Hörmüz boğazının minalardan təmizlənməsi 50 günə qədər çəkə bilər
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
Vens: ABŞ İranla zənginləşdirilmiş uran ehtiyatlarının məhvini müzakirə edir
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
DÇ-2026-da ilk sensasiya: İspaniya Kabo Verde ilə oyunda xal itirib
Vens: ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır
Əraqçi: ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri iyunun 19-da Cenevrədə görüşə bilər
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Tramp İranla razılaşmaları Vensin imzalayacağını təsdiqləyib
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
KİV: ABŞ-İran anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar
Kamran Əliyev və Muhsin Şentürk Qarsdakı Baş Konsulluğu ziyarət ediblər
HHQ komandanı: Baltikyanı ölkələrə hücum olsa, Almaniya Kalininqrad və Sankt-Peterburqa zərbə endirə bilər
Rusiya XİN Krım və ona bitişik dəniz əraziləri ilə bağlı beynəlxalq arbitraj işində qələbə qazandığını açıqlayıb
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Bakıda narkokuryerdə 9 kq narkotik aşkarlanıb-VİDEO
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
Tovuzda kanalda meyit tapılıb - YENİLƏNİB
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Zaqatalada maşın aşıb, ölən var
Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb
Ağdamda kişi tanışını güllələyib
Bəqai: Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək
Səfir: Almaniya ilə Azərbaycan arasında ticarət balansı bərabərdir
Vuçiç ilk dəfə Gürcüstana səfər edib
Almaniya səfiri: Ən mühüm regional inkişaf Azərbaycanla Ermənistan arasında sülh prosesidir
Rusiyada seçkilər zamanı internet söndürüləcək
Aİ Rusiyanın Baş prokuroruna sanksiya tətbiq edib