Bank Of Baku

ARDNŞ-in Gürcüstandakı Kulevi neft terminalının gücü artırılacaq

ARDNŞ-in Gürcüstandakı Kulevi neft terminalının gücü artırılacaq
# 09 sentyabr 2008 13:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Gürcüstanda aldığı Kulevi neft terminalının gücünün artırılması istiqamətində iş aparılır. «APA-Economics»in məlumatına görə, bunu terminalın baş direktoru Kərim Quliyev bildirib.
K. Quliyevin sözlərinə görə, terminalın gücünün nə qədər artırılması cəlb olunan neft və neft məhsullarının həcmindən asılıdır: «Hazırda Qazaxıstandan əlavə yüklərin cəlbi istiqamətində iş gedir. Paralel olaraq terminala yükləri nəql edən dəmir yolu xətlərinin gücünün artırılması planları nəzərdən keçirilir. Sonuncunu biz özümüz edirik. Kulevi terminalına tək Azərbaycan deyil, Türkmənistandan da neft və neft məhsulları qəbul edilir”.

Qeyd edək ki, Kulevi terminalının illik yükburaxma qabiliyyəti 4 mln. tondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR