Azərbaycan Bakı-Supsa kəməri ilə neft nəqlini yaxın vaxtlarda bərpa edəcək
09 sentyabr 2008 13:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gürcüstanda Rusiya hərbi aviasiyasının bombardmanı zamanı dağıdılmış dəmir yolunun və körpünün təmiri sentyabrın 15-də başa çatandan sonra Qara dəniz limanlarına neftin nəqli əvvəlki səviyyəyə çatdırılacaq. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib. R. Abdullayev Bakı-Supsa neft kəməri ilə neftin nəqlinin yaxın vaxtlarda bərpa olunacağını bildirib: “Hazırda kəmər test olunur”.
Qeyd edək ki, Gürcüstanda avqustun 8-də başlamış hərbi əməliyyat zamanı bu ölkə ərazisindəki dəmir yolu infrastrukturu dağıdılıb. Eyni zamanda Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin yaxınlığına bomba atılıb.
Xatırladaq ki, Azərbaycan nefti 3 marşrutla – Bakı-Novorossiysk (Rusiadan keçməklə), Bakı-Supsa (Gürcüstan) və Bakı-Tiflis-Ceyhan (Gürcüstan və Türkiyədən keçməklə) neft kəmərləri ilə dünya bazarlarına nəql olunur.

Sənaye və energetika
Azərbaycan nefti ucuzlaşıb
10:31
4 may 2024
Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb
09:12
4 may 2024
Elsevər Rüstəmli: Tarif Şurasının yeni qərarı elektrik şəbəkəsinə qoşulmada şəffaflığı təmin edəcək
19:25
3 may 2024
Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı yeni mexanizmə ehtiyac var idi
18:37
3 may 2024