Bank Of Baku

Rusiyanın «Permmetal» şirkətinin törəmə qurumu Bakıda anbar və ofis açmağı planlaşdırır

Rusiyanın «Permmetal» şirkətinin törəmə qurumu Bakıda anbar və ofis açmağı planlaşdırır
# 10 sentyabr 2008 08:24 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Rusiyanın «Permmetal» ASC-nin törəmə qurumu olan «BakuMetall» şirkəti sentyabrın 15-də Bakıda anbar və satış ofisini açmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, yeni anbarın tutumu 6,5 min ton olacaq. «BakuMetall»ın ofisi fəaliyyətini Azərbaycanın maşınqayırma sənayesində tələb olunan yayma üsulu ilə hazırlanmış müəyyən profilli metal məmulatlarının tədarükündən başlayacaq.
Xatırladaq ki, cari ilin iyun ayında «BakuMetall» şirkətinin başçısı vəzifəsinə «Azərmetal»ın baş direktorunun müavini İntiqam Qurbanov təyin olunub. «BakuMetall»ın dövriyyəsi 2 il ərzində ayda 2 mln. ABŞ dollarına çatdırılmalıdır. Şirkət ölkənin metal satışı bazarının 35%-ni tutmaq niyyətindədir.
Azərbaycanda «BakuMetall»ın əsas müştəriləri neft-kimya sahəsində fəaliyyət göstərən, o cümlədən 14 sənaye müəssisəsi və 4 elmi-tədqiqat institutunu birləşdirən «Azərneftkimyamaş» ASC olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR