Bank Of Baku

KfW-nın energetika missiyası Azərbaycana gəlib

KfW-nın energetika missiyası Azərbaycana gəlib
# 23 sentyabr 2008 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya İnkişaf Bankının (KfW) energetika missiyası Azərbaycanda səfərdədir. Bu barədə «APA-Economics»ə KfW-nin Bakıdakı ofisindən məlumat verilib.
Nümayəndəlikdən bildirilib ki, üç nəfərdən ibarət olan KfW-nin missiyası Azərbaycan Sənaye və Energetika Nazirliyində, «Azerenerji» ASC-də və bir sıra digər müvafiq qurumlarda görüşlər keçirəcək və əməkdaşlığın genişləndirilməsi prinsiplərini müzakirə edəcək. Nümayəndə heyətinin səfəri sentyabrın 25-də başa çatacaq.
Qeyd edək ki, missiyanın tərkibində KfW-nin layihə meneceri Peter Brinkman, KfW-nin energetika və infrastruktur departamentinin rəhbəri Klaudio Loy və Bankın eksperti Mixael Andreas daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR