Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yeni qaz kəmərinin sualtı hissəsinin inşasına başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti yeni qaz kəmərinin sualtı hissəsinin inşasına başlayıb
# 24 sentyabr 2008 12:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bahar-Hövsan-Suraxanı qaz kəmərinin sualtı hissəsinin inşası layihəsi çərçivəsində «Süleyman Vəzirov» borudüzən gəmisindən ümumi uzunluğu 2810 metr olan 235 boru qaynaq edilərək dənizin dibinə salınıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Dənizdə təzyiq altında işləyəcək mexanizmlərin işinin yoxlanması və sazlanması dövrü başa çatdırılıb. Hazırda 5 qaynaq postunun bütün kran və bucurqadları normal işləyir. Qeyd edək ki, boruları sahildən Xəzər Dəniz Neft Donanmasının «Oqtay Vəliyev» və «İrgiz» nəql-yedək gəmiləri nəql edir. «Süleyman Vəzirov» borudüzən gəmisinin lövbərlərinin daşınması və yerləşdirilməsini «Nerça» gəmisi həyata keçirir.
Qaz kəmərinin sualtı hissəsinin çəkilişi 2 ay ərzində həyata keçirilməlidir. Kəmər iki hissədən – sualtı və quru hissələrindən ibarət olacaq. Belə ki, 32 km-lik Bahar-Hövsan hissəsi dənizin dibi ilə, 12 km-lik Hövsan-Suraxanı hissəsi isə quruda çəkiləcək. Sutkalıq ötürmə gücü 5 mln. kubmetr olan kəmər «Şimal» Elektrik Stansiyasını, eləcə də Bakı ətrafında yerləşən digər istehlakçıları qazla təmin edəcək.
Boru kəmərinin dəniz hissəsinin sifarişçisi «28 May» NQÇİ, quru hissəsinin sifarişçisi isə ARDNŞ-in Qaz Əməliyyatları İdarəsidir. Kəmərlə «Günəşli» yatağında hasil edilən qaz nəql olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR