Bank Of Baku

Azərbaycan paytaxtında dairəvi elektrik enerjisi sistemi yaradılacaq

Azərbaycan paytaxtında dairəvi elektrik enerjisi sistemi yaradılacaq
# 25 sentyabr 2008 09:25 (UTC +04:00)
Bakı. Rəşad Sleymanov – APA-Economics. Bakı şəhərinin mərkəzini, eləcə də paytaxtın ətraf yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün 110 kV-luq dairəvi sistemin yaradılması planlaşdırılır. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, ilk dəfə tətbiq ediləcək bu sistem ilə bütün abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına imkan yaradacaq.
Qeyd edək ki, «Bakıelektrikşəbəkə» ASC-nin İnkişaf Proqramına uyğun olaraq,0 2020-ci ilə qədər səhmdar cəmiyyətinin balansında olan şəbəkə tamamilə yeniləşdiriləcək. Cari ildə Bakı şəhərinin elektrik şəbəkəsinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinə dövlət tərəfindən 70 mln. manat vəsait ayrılacaq.
Qeyd edək ki, «Bakıelektrikşəbəkə» ASC-nin 640 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR