Bank Of Baku

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin aktivləri gələn ilin əvvəlinə kimi dövlətin balansına keçəcək

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin aktivləri gələn ilin əvvəlinə kimi dövlətin balansına keçəcək
# 25 sentyabr 2008 14:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) aktivləri cari ilin sonu-gələn ilin əvvəlinə tam olaraq Azərbaycan hökumətinə təhvil veriləcək. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
ARDNŞ prezidentinin sözlərinə görə, bununla bağlı yaradılmış komissiya artıq işə başlayıb. Hazırda ABƏŞ-in aktivlərinin dövlətin balansına keçirilməsinin müddəti müzakirə olunur.
Qeyd edək ki, «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan neftin ixracından əldə olunan gəlirin 80%-i Azərbaycan hökumətinin, 20%-i isə xarici tərəfdaşların payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR