Bank Of Baku

Azərbaycan Avropada neft emalı zavodu alacaq

Azərbaycan Avropada neft emalı zavodu alacaq
# 25 sentyabr 2008 14:10 (UTC +04:00)
«APA-Economics»in bildirdiyinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib. «Bizim Avropada yeni bir neft emalı zavodunun alınmasına dair proqramımız var», - deyən ARDNŞ prezidenti müzakirələr aparıldığından zavodun yerləşdiyi ölkənin adını açıqlamayıb.
R.Abdullayev ARDNŞ-in Türkiyədə nəzər səhm paketini aldığı «Petkim» neft-kimya kompleksi çərçivəsində gücü 10 mln. tona yaxın olan neftayırma zavodunun tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlandığını qeyd edib. ARDNŞ başçısının sözlərinə görə, bu zavodun tikintisinə gələn il başlanıla bilər.
Qeyd edək ki, ARDNŞ Azərbaycandan kənarda – Gürcüstanda Kulevi Terminalını, Türkiyədə isə bu ölkənin ən böyük neft-kimya kompleksi olan «Petkim» şirkətini alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR