Bank Of Baku

Xəzərdəki «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda baş verən qaz sızmasının səbəblərini öyrənmək üçün Azərbaycan xaricdən mütəxəssislər dəvət edib

Xəzərdəki «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda baş verən qaz sızmasının səbəblərini öyrənmək üçün Azərbaycan xaricdən mütəxəssislər dəvət edib
# 25 sentyabr 2008 14:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda baş verən qaz sızmasının səbəblərini öyrənmək məqsədi ilə xarici mütəxəssislər dəvət olunub. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Hazırda qaz sızmasının səbəblərinin öyrənildiyini deyən ARDNŞ prezidenti ümid edir ki, yaxın vaxtlarda yataqlardakı iki platforma yenidən istifadəyə buraxılacaq.
R.Abdullayevin sözlərinə görə, problem yaranandan sonra yataqda gündəlik hasilat 50% azalsa da, son günlər kənardakı platformaların işə salınması nəticəsində hasilatın artımı müşahidə olunur.
Qeyd edək ki, sentyabrın 17-də səhər saatlarından «BP-Azerbaijan» şirkətinin 5 hasilat platformasından biri – «Mərkəzi Azəri» ətrafında suda qazsızma müşahidə olunub. Nəticədə, «Mərkəzi Azəri» və «Qərbi Azəri»də hasilat dayandırılıb, işçi heyəti evakuasiya olunub, ümumi hasilatın gündəlik səviyyəsi isə (842 min barel) təxminən 50% aşağı düşüb.
Xatırladaq ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR