Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il dövlətə 7 mlrd. kubmetr qaz təhvil verəcək

Azərbaycan Dövlət Neft Şirkəti bu il dövlətə 7 mlrd. kubmetr qaz təhvil verəcək
# 25 sentyabr 2008 14:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2008-ci ilin sonunadək dövlətə 7 mlrd. kubmetr həcmində təbii qaz təhvil verməyi proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.
Hazırda ARDNŞ-in Qaz Proqramı çərçivəsində qazma işləri və yeni kəmərin tikintisinin aparıldığını deyən R.Abdullayev Bahar-Hövsan-Suraxanı qaz kəmərinin oktyabrın sonunadək istifadəyə veriləcəyini vurğulayıb: «Bu kəmər istifadəyə veriləndən və plandakı quyular qazılandan sonra biz dövlətə ilin sonunadək 7 mlrd. kubmetr qaz təhvil verəcəyik».
Qeyd edək ki, 20 düymlük Bahar-Hövsan-Suraxanı qaz kəməri ARDNŞ-in Qaz Proqramı üzrə 2008-ci ilin əsas buraxılış obyektlərindən biridir. Kəmərin 32 km-lik Bahar-Hövsan hissəsi dənizin dibi ilə, 12 km-lik Hövsan-Suraxanı hissəsi isə quruda çəkiləcək. Kəmərin ötürmə qabiliyyəti sutkada 5 mln. kubmetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR