Bank Of Baku

«Goldman Sachs» dünya bazarında neftin qiymətinin 50 dollara düşməsini istisna etmir

«Goldman Sachs» dünya bazarında neftin qiymətinin 50 dollara düşməsini istisna etmir
# 13 oktyabr 2008 13:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Amerikanın ən iri investisiya banklarından biri olan «Goldman Sachs» 2008-ci ilin sonuna dünya bazarında neftin qiyməti üzrə proqnozlarını 115 dollar/bareldən 70 dollar/barelədək endirib. Bununla yanaşı, bankın ekspertlərin qiymətin hətta 50 dollara qədər düşməsini istisna etmirlər.
«APA-Economics»in məlumatına görə, «Goldman Sachs»ın analitikləri etiraf edir ki, dünyada müşahidə olunan maliyyə böhranının kəskinləşməsi ilə bağlı neftin tələbatına təsir daha da arta bilər və bununla da hazırkı qiymətlərin 50 dollar səviyyəsinə kimi enməsi mümkündür.
«Goldman Sachs» 2009-cu il üçün proqnozunu isə 125 dollardan 107 dollara qədər azaldıb.
Qeyd edək ki, oktyabrın 13-də günorta saatlarında neftin birja qiyməti oktyabrın 10-na nisbətən 4,5% artaraq 81,2 dollar/barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR